08.09.2016-cı il tarixdə Xocalı rayon Kosalar kənd tam orta məktəbinin akt zalında yazıçı Azər Hacıbəylinin Xocalı rayonunda ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məzunlarla görüşü oldu. Görüşdə Xocalı rayon Kosalar, Başkənd, Yaloba məktəblərinin pedoqoji kollektivləri iştirak etdilər.
Görüşü giriş sözü ilə açan "Xocalının səsi" qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu "Doxsan dördün payızı, "Addım at!", "Vətən daşı", "Zəfər yolu" kitablarının müəllifi, hərbiçi Azər Hacıbəylini tədbir iştirakçılarına təqdim etdi, onun həyatı və yaradıcılıq fəaliyyəti ilə bağlı məlumat verdi.
Daha sonra söz Azər Hacıbəyliyə verildi. O çıxışında gənclər arasında hərbi-vətənpərvərlik ruhunun yüksək olması onu sevindirdiyini bildirdi. Azərbaycanın bugünkü yüksək səviyyədə inkişafı, beynəlxalq aləmdə tanınmış, hörmətlə adı çəkilən bir ölkəyə çevrilməsi ulu öndər Heydər Əliyevin böyük dühası və möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində olduğunu vurğuladı. Müəllifin hərbi-vətənpərvərlik ruhunda yazılmış kitabları döyüş əzmli, gələcəyə ümid verən sujetlərlə yazılmışdır. Onun poemaları oxucularına Vətənə, dövlətə, xalqa və ulu öndərimiz Heydər Əliyevə, onun siyasi varisi ölkə başçısı cənab İlham Əliyevə dərin məhbbət və sadəqət hissi aşılayır. Azər Hacıbəyli qeyd etdi ki, mən əminəm ki, biz tezliklə düşmən tapdağında qalan torpaqlarımızı azad edəcəyik.
Ali məktəblərə qəbul imtahanlarında Xocalı rayonu üzrə ən yüksək nəticə əldə edən Kosalar kənd tam orta məktəbinin məzunları - 632 balla BDU-nin Hüquq fakultəsinə daxil olmuş Məhərrəmov Sadiq Yaşar oğluna və 603 balla BDU-nin Hüquq fakultəsinə daxil olmuş Quluzadə Cavidan Adil oğluna kitablar hədiyyə etdi.
Müəllif məzunlarla xatirə şəkilləri çəkdirdi və onlara uğurlar arzuladı.
Görüş xoş ovqatla başa çatdı.